Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Axtarışda olan 88 nəfər TUTULDU

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılıb.
 
Daxili İşlər Nazirliyindən (DİN)  verilnə məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.    
 
Axtarışda olduğuna görə ümumilikdə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. 
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
 
Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də