Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sumqayıtdakı yanğın SÖNDÜRÜLDÜ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti Sumqayıt şəhərindəki yanğınla bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın bu gün səhər saat 08:24-də söndürülüb.
 
Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də