Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DİN Sumqayıtdakı yanğınla bağlı MƏLUMAT YAYDI

Məlum olduğu kimi, bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olublar.
 
Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıyıb, işçilərin təxliyəsini təmin ediblər.
 
Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də