Ukrayna ABŞ-dan “AGM-114 Hellfire” raketləri ilə təchiz edilmiş “MQ-1C Grey Eagle” adlı zərbə tipli pilotsuz uçuş aparatları (PUA) istəyib.
Bu barədə “Politico” nəşri Ukrayna Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukrayna tərəfi hərbi məhsulların tədarükü ilə bağlı müsbət qərar veriləcəyinə ümid edir.
Bu günə qədər ABŞ Kiyevə xüsusi olaraq Ukrayna Silahlı Qüvvələri üçün hazırlanmış kamikadze PUA-ları və “Phoenix Ghost” dronları təhvil verib.
“Politico” qeyd edir ki, zərbə tipli PUA-ların tədarükü ABŞ-ın raket texnologiyalarına nəzarət rejiminə tabedir və bu, onların tədarükünü məhdudlaşdırır. Bu səbəbdən Qətər və İndoneziya da daxil olmaqla bəzi ABŞ tərəfdaşları bu PUA-ları ala bilməyib.