Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazir müəllimlərə geyim qadağası qoyulmasına AYDINLIQ GƏTİRDİ

Təhsil naziri Emin Əmrullayev Sumqayıt məktəblərinin birində direktorun müəllimlərə geyim qadağası tətbiq etməsinə aydınlıq gətirib. 
 
Nazir bununla bağlı jurnalistlərə açıqlamasında bildirib ki, ümumtəhsil məktəblərində həll olunacaq məsələlər hər dəfə nazirlik səviyyəsinə qaldırılır.
 
"Bununla bağlı Nazirliyin müvafiq qərarı var. Bu, nazirliyin mövqeyidir və açıqdır. Amma ümumtəhsil məktəbləri səviyyəsində məktəb direktorları məsələni tənzimləməlidir. Bu və digər mövzular haqqında müəllimlər, direktor arasında fikir ayrılıqları ola bilər. Burada da belə fikir ayrılığı olmuşdu və artıq həllini tapıb", - deyə nazir vurğulayıb.
 
Qeyd edək ki, bu günlərdə sosial şəbəkələrdə daha bir məktəb direktorunun qalmaqallı səs yazısı yayılıb. 14 saylı məktəbin direktoru Fatma Bayramova müəllimlərlə alçaldıcı tonla danışıb, onları şagirdlərin yanında biabır edəcəyi ilə hədələyib. Direktor icazə verilən bir müəllimədən başqa, digərlərinin məktəbə şalvarda gəlməsinə qarşı çıxıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də