"İnformatika fənninin İT ixtisaslarına sənəd verən abituriyentlər üçün qəbul imtahanlarına salınması xeyli dəyişikliyə gətirib çıxaracaq".
Bunu təhsil naziri Emin Əmrullayev "Rəqəmsal iqtisadiyyat:Müasir çağırışlar və real imkanlar II" adlı beynəlxalq konfransda deyib.
Təhsil naziri İT ixtisaslarına sənəd verənlərin əvvəlki illərdə İnformatikadan deyil, Kimyadan imtahan vermələrini və cəmiyyətin buna münasibətini nəzərə çatdırıb:
"30 ilə yaxındır ki, yerli ali təhsil müəssisələrinə qəbul mərkəzləşdirilmiş qaydada keçirilir. Biz rəqəmsallaşma haqqında çox müzakirələr aparırıq, tədbirlər görürük, ancaq hələ də İT ixtisaslarına sənəd verənlər informatikadan imtahan vermir. Kimyadan imtahan verirlər, amma informatikadan imtahan vermirlər. Bununla bağlı cəmiyyətdə çox ciddi narazılıq müşahidə etmirik. Nə qədər təəccüblü səslənsə də, bu belədir".
"Biz IV sənaye inqilabından, rəqəmsal inkişafdan danışır və bunu həqiqətən istəyiriksə, Təhsil Nazirliyinə qarşı ən ciddi ittiham məktəbi bitirənlərdə niyə rəqəmsal bacarıqları ölçməməyimiz olmalıdır", - deyə nazir vurğulayıb.