Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Yeni Klinika"nın sabiq direktorunun cəzası 3 il azaldıldı

Bakı Apellyasiya Məhkəməsində "Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru, həbsdə olan Pərviz Abbasov və digərləri barəsindəki hökmdən verilmiş şikayətlə bağlı məhkəmə prosesi başa çatıb.
 
Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq olunaraq Pərviz Abbasovun cəzası 5 il 6 aya, Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin isə 5 ilə endirilib.
 
Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli biliniblər.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum olunub. Təqsirləndirilən digər şəxslər - “Buta” Klinikasında həkim-radioloq işləmiş Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinə 8 il həbs cəzası, “Viola” MMC-nin meneceri Vüsalə Əliyevaya isə iki il sınaq müddəti seçilməklə şərti cəza təyin olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də