Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kanada Rusiyanın Ukraynaya hücumunu soyqırımı kimi TANIDI

Kanada parlamenti Rusiyanın Ukraynaya hücumunu soyqırımı kimi tanıyıb.
 
Qərar yekdilliklə qəbul edilib.
 
Səsvermə deputat Heather McPhersonun Nümayəndələr Palatasına “Rusiya Federasiyasının Ukrayna xalqına qarşı soyqırımı aktları törətdiyini” tanımaq üçün vəsatət təqdim etməsindən sonra başlayıb.
 
Çərşənbə günü Kanada parlamentinin üzvləri Rusiya Prezidenti Vladimir Putinin və Dövlət Dumasının digər üzvlərinin rəhbərliyi altında Rusiya Silahlı Qüvvələrinin Ukraynada törətdiyi hadisələri “bəşəriyyətə qarşı sistematik və kütləvi hərbi cinayətlərə dair kifayət qədər sübut” elan ediblər.
 
Kanada İcmalar Palatasının petisiyasına görə, Rusiyanın hərbi cinayətlərinə kütləvi vəhşiliklər, ukraynalı mülki şəxslərin qəsdən öldürülməsinin sistematik halları, cəsədlərin təhqir edilməsi, işgəncə, zorlama və s. daxildir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də