Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya bu təşkilatdan da qovuldu

BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) Baş Assambleyası Rusiyanın təşkilata üzvlüyünü dayandırmaq barədə qərar qəbul edib.
 
Bu barədə İspaniyanın Sənaye, Ticarət və Turizm Nazirliyi məlumat yayıb.
 
"UNWTO Baş Assambleyası ev sahibi ölkə kimi İspaniyanın sədrliyi ilə Madriddə keçirilən növbədənkənar iclasında Rusiyanın təşkilatdakı üzvlüyünü müvəqqəti dayandırmaq qərarına gəlib", - məlumatda deyilir.
 
"Rusiyanın UNWTO-da üzvlüyünün müvəqqəti dayandırılması ona öz hüquq və imtiyazlarından istifadəyə, o cümlədən təşkilatın iclaslarında iştirakına imkan verməyəcək. Bununla belə, assambleyanın təsdiq etdiyi qətnamədə Nizamnamənin 34-cü maddəsinə uyğun olaraq, assambleya "Rusiyanın siyasətində dəyişiklik" gördüyü zaman bu dayandırmanın aradan qaldırılacağını nəzərdə tutur", - deyə nazirlik bəyan edib.
 
Qeyd edilib ki, bu halda Rusiyanın UNWTO-da üzv statusunun bərpası proseduru üzvlüyün dayandırılması proseduruna oxşar olacaq.
 
Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyası təşkilatdan çıxmaq niyyətini açıqlayıb. UNWTO bildirib ki, üzvlükdən çıxmaq proseduru ən azı bir il çəkəcək, üzvlüyün dayandırılması barədə qərar isə dərhal qüvvəyə minir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də