Fransa prezidenti Emmanuel Makron çərşənbə günü İle-de-Frans bölgəsindəki Cergy bələdiyyəsinə səfəri zamanı “pomidor atəşi”nə tutulub.
Böyük izdihamın mərkəzində olan Makrona doğru bir neçə pomidor atılıb. Prezidentin mühafizəçiləri onu qorumaq üçün cəld Fransa liderinin başı üzərində çətir açıb. Bu zaman hadisə yerindən həyata keçirilən televiziya yayımı bir neçə saniyəliyə kəsilib.
Aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Emmanuel Makron və ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Penlə prezidentlik uğrunda mübarizə aparıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, bülletenlərin 100%-i hesablandıqdan sonra Makron 58,54%, Le Pen 41,46% səs toplayıb.