Rusiya Federasiya Şurasının hazırkı sədri, əslən Ukraynanın Xmelnitski vilayətindən olan Valentina Matvienko əvvəllər prezident Vladimir Putinin varisi kimi təlim keçib.
Bunu Putinin keçmiş dostu, hazırda Fransada yaşayan milyonçu Sergey Puqaçov deyib.
"Mən Valyanı çox yaxşı tanıyıram. Valentina bir vaxtlar Putinin varisi olub... O, hətta Dmitri Medvedev və Sergey İvanovdan əvvəl də böyük ehtimal varis olub. Matvienko o zaman Sankt-Peterburqun qubernatoru idi. Putin həqiqətən də onu yanına dəvət etmiş, danışmışdı, varis olmağı təklif etmişdi. Bildirmişdi ki, ona nə vaxt getməlidir deyiləndə - dörd il və ya dörd aydan sonra - o gedəcək", - Puqaçov bildirib.
Milyonçunun sözlərinə görə, Matvienko o zaman korrupsiya ilə məşğul olmayıb.
"Valentina bütün xəyanətləri və başqa şeyləri ilə Putin komandasında fərqlənir, o, qətiyyətli insandır. Mən şəxsən ondan heç vaxt korrupsiya haqda eşitməmişəm. Əminəm ki, Putinin komandası onu varis kimi istəmir... Yadımdadır, adamlar yanıma gəlib dedilər: “Volodyaya de ki, Matvienko bütün şəhərə gələcək prezident olduğunu deyib”. Bu, təbii ki, belə deyildi”.
V.Matviyenko əslən ukraynalı olmasına baxmayaraq, Ukraynaya qarşı müharibəni və Putinin aqressiv siyasətini dəstəkləyənlərdən biridir.
İş adamı Sergey Puqaçov əvvəllər Rusiya Federasiya Şurasının üzvü olub. 1990-cı illərdə Puqaçov Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin yaxın adamı və 1996-cı ildə onun seçki qərargahının rəhbərlərindən biri idi.
Sergey Puqaçov Vladimir Putinlə 1990-cı illərin əvvəllərində Sankt-Peterburqda tanış olub.
Biznesmenin sözlərinə görə, 1990-cı illərin sonundan təxminən 2010-cu ilə qədər o, Putinlə çox yaxın olub, demək olar ki, hər gün söhbət ediblər. Mətbuatda Puqaçovu “Kreml bankiri”, “Putinin bankiri” adlandırırdılar.
İndi Puqaçov Fransada yaşayır və orada vətəndaşlıq alıb. Rusiyada Puqaçova qarşı “Mejprombank”ın vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi açılıb və barəsində qiyabi həbs cəzası kəsilib.
2015-ci ildə Puqaçov Haaqa Məhkəməsində Rusiyaya qarşı 10 milyard dollarlıq iddia qaldırıb. Milyarder Rusiya hakimiyyətini onun dörd aktivini müsadirə etməkdə ittiham edib. Daha sonra iş adamı iddiaları 15 milyard dollara çatdırıb.
Daha əvvəl xarici KİV-lər bildirmişdilər ki, oktyabrda 70 yaşı tamam olacaq Vladimir Putini hazırda tiroid xərçəngi cərrahı da daxil olmaqla böyük bir həkim briqadası müşayiət edir.