Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukrayna hər ay 5 milyard dollar yardım alacaq

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna vətəndaşları qarşısında bütün sosial və humanitar öhdəlikləri yerinə yetirmək üçün bu ölkənin büdcəsinə ayda 5 milyard dollar daxil olacaq xüsusi inzibati hesab yaradıb.
Bu barədə məlumatı Ukrayna baş naziri Denis Şmıqal yerli mətbuata bildirib.

"Biz Beynəlxalq Valyuta Fondu ilə davamlı əməkdaşlıq edirik. Razılaşmaya görə, Beynəlxalq Valyuta Fondu xüsusi inzibati hesab yaratdı və bu hesab vasitəsilə bütün tərəfdaşlarımız dəstək göstərəcək. Həm Fond, həm də Dünya Bankı tərəfindən aylıq 5 milyard dollar vəsait köçürüləcək. Bu, müharibədən əziyyət çəkən dövlətimizin sakinləri qarşısında bütün sosial və humanitar öhdəliklərin yerinə yetirilməsi üçün Ukraynanın büdcəsinin tələb etdiyi vəsaitdir”, - Şmıqal bildirib.

O, həmçinin qeyd edib ki, BVF-nin icraçı direktoru Kristalina Georgiyevanın Ukraynada qohumları var və buna görə də o, Ukraynadakı vəziyyəti belə dərindən başa düşür.

“Birbaşa Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva da Ukraynadakı vəziyyəti dərindən başa düşür, burada - Ukraynada ailəsi var, onunla faktiki əlaqə saxlayır və baş verən bütün hadisələr barədə məlumatlanır. Buna görə də o, həm də emosional olaraq Ukraynaya dəstək verməkdə iştirak edir”, - Şmıqal bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də