Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Büro hesabatı zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Kamal Cəfərov çıxış edib.
Azərbaycanlı deputat Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun etirazçı ermənilərə "Bozqurd" işarəsi göstərməsi ilə bağlı Ermənistan deputatlarının ittihamlarına cavab verib.
"Bu işarə qədim türk totemidir. İnternetdə axtarış edin, görəcəksiniz ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama da bu işarəni göstərib. Ona görə də göstərəcəyim "Bozqurd" işarəsi ilə bağlı heç bir problem yoxdur", - deyən deputat AŞPA-da "Bozqurd" işarəsi göstərib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Uruqvayda ona etiraz edən ermənilərə “Bozqurd” işarəsi göstərməklə cavab verib.