Qarabağda, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada Dünya Azərbaycanlılarının Zəfər Qurultayı keçirildi. 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə dünya azərbaycanlıları bir yerə toplaşaraq qurultay keçirdi. Biz Müzəffər Ali Baş Komandanımızın, qəhrəman övladlarımızın, vətənpərvərlik ruhunda yetişən gənclərimizin sayəsində belə əlamətdar hadisənin şahidi olduq.
Dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən ən önəmli dəyərlərdən biri Qarabağ məsələsi idi. 30 il ərzində davam edən əhəmiyyətsiz danışıqlar, müzakirələr nəticə vermədiyi üçün hər kəs Azərbaycan Ordusunun öz gücü ilə qazanacağı zəfəri gözləyirdi, hamının gözü Qarabağda gedən müharibədə idi, ön cəbhədə ola bilməyənlər də öz dəstəyini informasiya cəbəsində göstərirdi və xalqın birliyi ilə bu tarixi hadisə reallaşdı. Azərbaycan xalqının birliyi Qələbə ilə yekunlaşdı, şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq.
Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi gündən əsas hədəflərindən biri Qarabağ məsələsinin həll edilməsi idi və cənab Prezident öz məqsədinə çatdı. Bundan sonra xalqımız qalib və müzəffər xalq kimi yaşayacaq, artıq qovuşduğu torpaqlardan Azərbaycan xalqını heç bir qüvvə çıxara bilməyəcək.
Prosesin təhlili göstərir ki, müharibə bitsə də ermənilər öz çirkin əməllərindən əl çəkmirlər, işğalçılıq siyasətini hələ də aparırlar. Vətəndaşlarımız və ölkəmizin hüdudlarından xaricdə yaşayan bütün həmvətənlərimiz hər zaman bu kimi təxribatlara hazır olmalı, lazım olan cavabı verməli, diaspor təşkilatlarımız daha çox fəallaşmalıdırlar.
Müharibədə 4-5 milyard dollar dəyərində Ermənistan resursları məhv edilib, 10 min nəfərlik canlı qüvvəsi döyüşlərdən qaçıb. Ermənilər bunu anlamalıdır ki, rəqabət üçün onların heç bir qüvvəsi yoxdur. Lakin, Azərbaycan Ordusunda heç bir fərari olmamışdır və bütün bunlar xalqımızın qələbə əzminin, iqtidara olan güvəninin nəticəsidir.
İstər ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti, istərsə də Ermənistan rəhbərliyinin mənasız fikirləri və idddiaları Qarabağ məsələsinin danışıqlar yolu ilə həll edilməsini ləngidirdi. Minsk qrupu son 30 ildə məsələnin həlli istiqamətində heç bir uğurlu addım atmırdı.
Ermənistan bacardığı qədər müdafiə olunmağa çalışsa da, Azərbaycan Ordusu bütün bunlara baxmayaraq öz məqsədinə çatdı, əlverişsiz coğrafiya şəraitində Zəfər qazandı. Son 30 ildə Qarabağda ermənilər ancaq dağıdıcılıq fəaliyyəti ilə məşğul olublar. Erməni vandalizmi nəticəsində Şuşada bir salamat tarixi bina qalmamışdır. Bütün işğal edilmiş ərazilərdə öz çirkin əməllərini törədən ermənilər məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər.
Hər zaman Azərbaycanın haqq səsinə dəstək olan Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı yenə ölkəmizə dəstək olmuş, müharibənin reallıqlarını qəbul etmişlər. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya kimi dövlətlər 3+3 formatında yaradılmış əməkdaşlıq formatını dəstəkləyirlər.
Bundan sonra əsas məqsəd sülh müqaviləsinə nail olmaq, münasibətləri normallaşdırmaqdır. Ermənistan rəhbərliyinin bu yaxınlarda ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan etməsi sülh məsələsini aktual saxlayır.
Tarix ərzində imzalanmış Kürəkçay, Gülüstan, Türkmənçay kimi sülh müqavilələrində erməni əhalisi haqda heç bir söhbət getmir. Bu bir daha onu göstərir ki, ermənilər Qarabağa gəlmə xalqdır və onların kütləvi məskunlaşması 19-cu əsrdə başlayıb.
Ceyhun Məmmədov,
Milli Məclisin deputatı