Konqo Demokratik Respublikasının Ekvador əyalətində Ebola epidemiyası elan edilib.
Bu barədə ölkənin səhiyyə naziri Jan-Jak Mbunqani bildirib.
“Ekvador əyalətinin paytaxtı Mbandaka şəhərində vəfat edən 31 yaşlı kişidə Ebola virusu aşkarlanıb. Onlarla təmasda olmuş 74 nəfər karantinə alınıb. Bütün bunlara görə Ekvador əyalətində Ebola epidemiyası elan edilib”, - nazir deyib.
Qeyd edək ki, bir növ hemorragik qızdırmaya səbəb olan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqo Demokratik Respublikasının Yambuku şəhərlərində aşkarlanıb. Epidemiya Ebola çayı yaxınlığındakı kənddə başladığı üçün xəstəlik buranın adını daşıyır.
Ebola virusu 2013-cü ilin dekabrında Qərbi Afrikada yayılıb, 2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leonedə 30 min adama bulaşıb və bu xəstələrdən 11 mindən çoxu dünyasını dəyişib.