Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

107 illik erməni yalanının İFŞASI

Erməni ideoloqları 107 ildir ki, öz iyrənc yalanları ilə dünyada türk toplumuna qarşı nifrət toxumu səpir. Dünya erməniləri guya türklər tərəfindən "soyqırımına” məruz qaldığı iddiası ilə hər il 24 aprel tarixini saxta "matəm günü" kimi qeyd edirlər. Əslində, aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməni belə qətlə yetirilməyib. Tarixi faktlar bunu deməyə əsas verir.

Uzun illərdir ermənilər tarixdə olmayan uydurma "soyqırımını" dünyanın gündəliyinə gətirməklə, bundan siyasi məqsədlər üçün istifadə edirlər. Lakin onsuz da müxtəlif problemlərlə üzləşən dünya ictimaiyyəti əvvəlki kimi erməni yalanlarına maraq göstərmir, onların saxtakarlıqlarının şahidi olurlar.
 
Erməni yalanlarının ifşasında Türkiyə ilə bərabər Azərbaycanın xaricdəki diaspor təşkilatları da aktiv rol oynayır, bu istiqamətdə xüsusi fəallıq göstərirlər.
 

 
Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı Ermənistanın qondarma iddiaları barədə Modern.az-a danışıb. 
 
Generalın sözlərinə görə, Ermənistanın Türkiyəyə qarşı "soyqırımı" iddiası tamamilə əsassızdır:

“Saxta soyqırımı məsələsi ermənilərin siyasi olaraq niyyətlərinə çatmaq üçün istifadə etdiyi yalanlardan biridir. Buna cavab olaraq Türkiyə və Azərbaycan birgə mövqe sərgiləyir. Əslində soyqırımı yoxdur, bunu hamı bilir. Bu gün tarixi faktları, ermənilərin türklərə qarşı törətdiyi soyqırımları gündəmə gətirmək lazımdır ki, onlar ifşa olsunlar. Bundan başqa, Türkiyə və Azərbaycanda ermənilərin etdiyi soyqırımıların rəsmən tanınması lazımdır. Ermənilərin türklərə və müsəlmanlara qarşı həyata keçirdiyi cinayətləri bütün dünya bilməlidir. Buna görə də biz birlikdə mübarizə aparıb, əslində ermənilərin soyqırımı törətdiyini dünyaya göstərməliyik”. 
 
Bundan əlavə, genaral Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşması prosesinə də toxunub.
 
“Ermənistan soyqırımı iddiasından əl çəkənə qədər Türkiyə Ermənistanla əlaqələri normallaşdırmaq niyyətində deyil. Normallaşma üçün mütləq Ermənistanın bu iddialardan əl çəkməsi lazımdır. Bunda başqa, təkcə Türkiyəyə deyil, Azərbaycana qarşı da əsassız iddialardan əl çəkməlidir. Yalnız bundan sonra sülhdən, barışıqdan danışmaq olar”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də