Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranda generalın oğlu ÖLDÜRÜLDÜ

İran Silahlı Qüvvələrinin elit hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun Sistan-Bəlucistan əyalətindəki bölmələrindən birinin komandan müavini general Pərviz Absalanın oğlu Mahmud Absalan naməlum şəxslər tərəfindən öldürülüb.
 
Bu barədə İran KİV-ləri məlumat yayıb.
 
Məlumata görə, Mahmud Absalan əyalətin administrativ mərkəzi Zahedan şəhərindəki nəzarət-buraxılış məntəqələrindən birində yaxınlığından keçən avtomobildən atəşə tutulub. O, hücum nəticəsində dünyasını dəyişib.
 
Qeyd edək ki, Mahmud Absalan İslam İnqilabı Keşikçiləri Korpusunun generallarından birinin mühafizəçisi olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də