Onkoloji və dağınıq skleroz xəstələri pensiya ala biləcəklər.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat İlham Məmmədov deyib ki, onkoloji xəstələrin və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
Deputat bildirib ki, bu kateqoriyadan olan şəxslərə pensiya təminatında bir sıra məqamlar nəzərə alınacaq. Bu xəstəliklərdə pensiyaya çıxmaq imkanlarının əhatə dairəsi daha da genişlənəcək. Deputat, həmçinin əlavə edib ki, qanun layihəsinə təklif edilən dəyişiklik müzakirə olunaraq parlametin plenar iclasına tövsiyə olunub.