Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayı keçirilib. Qurultayda dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımız iştirak edib.
Ötən gün qurultayın açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycan və region üçün mühüm əhəmiyyət daşıyan bir çox məqamlara toxunub, diaspor fəaliyyəti ilə bağlı önəmli məsələləri, qarşıda duran prioritetləri diqqətə çatdırıb.
Dövlət başçısı, həmçinin Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən söz açaraq, Ermənistana və onun havadalarına ciddi mesajlar verib.
Prezidentin Zəfər Qurultayındakı çıxışı barədə danışan deputat Elşad Mirbəşiroğlu Dünya Azərbaycanlılarının Şuşada bir araya gəlməsinin tarixi hadisə olduğunu söyləyib:
“Dünən Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında cənab Prezident İlham Əliyev çox önəmli məqamlardan bəhs etdi. Hər şeydən əvvəl ölkə başçısı 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının ilk Qurultayını xatırlatdı. İlk qurultay Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutmuşdu. Həmin vaxt Ulu Öndər Azərbaycan torpaqlarının, Şuşanın azad olunacağını bildirmişdi. Cənab Prezident çıxışında vurğuladı ki, Ümummilli lider Heydər Əliyevin dediklərini həyata keçirdik. Prezident qeyd etdi ki, məhz onun təşəbbüsü ilə Zəfər Qurultayı ilk dəfə Şuşada qeyd olunur”.
Deputat Prezidentin çıxışında postmünaqişə mərhələsinə də toxunduğunu xatırladıb:
“Prezident İlham Əliyev iki prioritet vəzifəmizin olduğunu söylədi. Birincisi torpaqları azad etmək idi. İkinci isə postmünaqişə mərhələsində prosesləri bizim maraqlarımıza uyğun yönləndirməkdir. Hər iki istiqamətdə Azərbaycanın uğurları göz önündədir. Torpaqlarımızı işğaldan azad etdik. Bu gün Azərbaycanın yaratmış olduğu reallıqları dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qəbul edirlər. Cənab Prezident BMT-nin Azərbaycanın yaratdığı reallıqları qəbul etdiyini vurğuladı. BMT Azərbaycan əlaqələrinin 30 illiyi münasibətilə Şuşada tədbir təşkil olunmuşdu. Bu da ona dəlalət edir ki, Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq müstəvidə hörmət olunur. Prezident İlham Əliyev, həmçinin Avropa İttifaqı ilə bağlı məsələyə də diqqət çəkdi. Bir sözlə, postmünaqişə istiqamətində də uğurlarımız göz önündədir”.
Parlamentari daha sonra Ermənistana son şansın verilməsindən söz açaraq deyib:
“Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılmasına toxunan ölkə başçısı Ermənistan üçün son şansın olduğunu vurğuladı. Ermənistanda revanşist qüvvələr haqqında danışan Prezident mühüm mesajlar verdi. Ermənistana xəbərdarlıq etdi ki, əgər mövcud imkanlardan istifadə etməsələr, Azərbaycanın ərazi bütövlüyünü tanımasalar, o zaman aqibətləri daha acınacaqlı olacaq.
44 günlük Vətən müharibəsində Azərbaycan gücünü Ermənistana nümayiş etdirdi. İndiki halda Ermənistan məğlub durumdadır, Azərbaycan isə davamlı olaraq güclənməkdədir. Hesab edirəm ki, cənab Prezident dünya ermənilərinə çağırış etdi və onları revanşçı meyillərdən uzaq olmağa, Azərbaycanın yaratmış olduğu imkanlardan yararlanmağa, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına səslədi. Bu, bütövlükdə regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edəcək.
Ümumilikdə Prezident Şuşada Azərbaycan dövlətinin gücünü, Azərbaycan Ordusunun potensialını, Ali Baş Komandanın iradəsini nümayiş etdirdi. Dünya Azərbaycanlılarının V Qurultayını izləməklə yanaşı, erməni vandallığının Şuşada izini də bütün dünyaya göstərmiş olduq. Göstərdik ki, ermənilər Azərbaycan torpaqlarında necə vandallıqlar, terror aktları törədiblər”.