Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Metroda “Sosial məsafə gözləyin” tələbi LƏĞV EDİLİR

Vətəndaşların gündəlik istifadə etdiyi Bakı metrosunun hər stansiyasında pandemiyadan irəli gələrək, əl gigiyenası, tibbi maska və sosial məsafə gözləmək kimi tələblərlə bağlı məlumatlar səsləndirilir. Günün pik saatlarında insanların nəfəs-nəfəsə qaldığı bir vaxtda sosial məsafə gözləmək tələbinə əməl edilməsi absurd görünsə də, belə çağırışlar hər stansiyada eşidilir. Bu çağırışa əməl edilməsinin mümkün olmadığı hər kəsə aydındır, elə bu səbəbdən sərnişinlərdən sosial məsafəni gözləmək tələbi çoxlarında qıcıq yaradır.
 
Ötən gün Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, mayın 1-dən qapalı məkanlarda maska tələbi ləğv ediləcək. Belə olan halda metroda səslənən çağırışlar da dayandırılacaqmı?
 
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından irəli gələrək həmin məlumatların səsləndirilməsi dayandırılacaq.
 
Qurum rəmisi deyib ki, bu, pandemiya şəraitindən irəli gələrək həyata keçirilən sosial aksiya xarakterli məlumatlar idi:
 
"Nazirlər Kabinetinin son qərarına uyğun olaraq, buna qədər qurumun qəbul etdiyi müvafiq sənədlərdəki, o cümlədən ictimai nəqliyyatda metodiki göstərişin tibbi maska ilə bağlı tələbi mayın 1-dən qüvvədən düşmüş hesab olunacaq. Həmin vaxta qədər "Bakı Metropoliteni" QSC-nin tibbi maska ilə bağlı bütün monitorlarda və radiorabitə vasitəsilə verilən audiovizual, eləcə də statik lövhələrdəki məlumatları stansiya və qatarlarda ləğv olunacaq".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də