Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fransada sükut günüdür

Fransada aprelin 24-nə təyin olunmuş prezident seçkilərinin ikinci turundan əvvəl sükut günü başlanıb.
 
Gün ərzində təbliğatın aparılmasına qadağa qoyulub.
 
Prezidentliyə namizədlərin seçkiöncəsi mitinqlər keçirmələri, müsahibələr vermələri və digər yollarla kampaniyalar aparmaları, KİV-lərin isə fransalı seçicilərin seçki öncəsi fikirlərinə təsir edə biləcək məqalələr dərc etmələri qadağandır.
 
Statistika və İqtisadi Tədqiqatlar Milli İnstitutunun məlumatına əsasən, seçicilər siyahısında 48 milyondan çox fransalı qeydiyyata alınıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı prezident Emmanuel Makronun ətrafından bildirilib ki, o, ənənəsi üzrə günü dənizkənarı Le Tuke kommunasındakı ailəvi evində keçirəcək.
 
"Milli Birlik" partiyasından olan namizəd, parlamentin deputatı Marin Le Pen isə Pa-de-Kaledəki Enen-Bomon kommunasında olacaq. Siyasətçi orada 2007-ci ildən yaşayır və bu dairəni Milli Yığıncaqda təmsil edir.
 
"Elabe" xidmətinin apardığı ictimai rəy sorğusuna əsasən, Makron seçkiöncəsi mübarizənin ikinci turunun lideridir. Ondan ötrü 55,5 faiz seçici səslərini verməyə hazırdır. Xanım rəqib isə sosioloqların proqnozlarına əsasən, 44,5 faiz səsə ümid edə bilər.
 
Aprelin 10-da keçirilmiş ilk turda Makron 27,84 faiz, Le Pen 23,15 faiz səs yığıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də