Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

UEFAn-ın oyunları Azərbaycanda keçiriləcək

UEFA Region Kuboku yarışlarının 2022-23-cü il mövsümünün ilkin mərhələsinin oyunları iyunun 23-29-da Azərbaycanda keçiriləcək.
 
Ölkəmizi bu turnirdə təmsil edəcək Region Liqasının 2021-22-ci il mövsümünün qalibi ilkin mərhələnin ikinci qrupunda Belarus komandası ilə qarşılaşacaq. İlkin mərhələnin birinci qrupunda isə Gürcüstan, Qazaxıstan və Estoniya təmsilçiləri mübarizə aparacaqlar.
 
Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandalarının rəqibi olacaq.
 
Qeyd edək ki, UEFA Region Kuboku yarışlarının 2020/2021-ci il mövsümü COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də