2021-ci ildə Almaniya 1.5 milyard avro qiymətində hərbi texnika satıb.
Bu barədə Almaniyanın nüfuzlu mətbuat orqanları məlumat yayıb.
Bu məbləğ 2017-ci ildən bəri qeydə alınmış rekord göstəricidir.
Almaniya əsasən tank, zirehli texnika, hərbi təyyarə, döyüş gəmiləri və sualtı qayıq satıb.
Misir, İsrail, Qətər, Türkiyə, Böyük Britaniya, Norveç, İtaliya, Niderland, Latviya və Avstriya alman hərbi texnikasının tədarük həcminə görə ilk onluğa daxil olub.
Bildirilir ki, silahların 60%-i NATO, Avropa İttifaqı, digər alyans və ya birliklərdən kənar dövlətlərə verilib. Müxalifət buna görə hakimiyyəti tənqid edərək deyir ki, Almaniya hərbi texnikası adətən regional münaqişələrdə iştirak edən və ya insan haqlarını pozmaqda ittiham olunan ölkələrə gedir.