Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanlı iş adamına Türkiyədə 20 milyonluq kriptovalyuta ŞOKU

Antalyada yaşayan Azərbaycalı iş adamı Murad Muradov yüksək gəlir vədi ilə girdiyi kriptovalyuta birjasında  20 milyon lirə itirib.
 
Murad Muradov bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
 
Belə ki, Antalyada tikinti, qızıl və qida  sahəsində biznes fəaliyyəti ilə məşğul olan Muradov, bir müddət öncə villasını icarəyə götürmək istəyən Almaniya vətəndaşı və onun xanımı ilə tanış olub. Alman ər-arvad Murad Muradovdan kriptovalyuta mübadiləsinə pul yatırmağı təklif edib. Murad Muradov isə həmin şəxslərin mübadilə şirkətinə hissə-hissə 1 milyon 172 min dollar ödəyib. İş adamı əldə edəcəyi qazancla torpaq sahəsi almaq istəyib. Alman vətəndaşı xeyli müddətdən sonra torpaq almaq məqsədilə M. Muradova 800 min dollar göndərib. Sonra isə 800 min dolları özünün kimi göstərib və iş adamının xaricə getməsi fürsətindən istifadə edərək onun hesablarına bloklayıb. Prosedən xəbərsiz olan Muradov xaricdəki hesablarından pul çıxara bilməyib və bank hesablarına həbs qoyulduğunu öyrənən zaman şoka düşüb. Aldadıldığını başa düşən iş adamı Türkiyəyə qayıdıb və  Kibercinayətlərlə Mübarizə Şöbə İdarəsinə gedərək həmin şəxslərdən şikayətçi olub.
 
İki villasını kirayələyən alman vətəndaşlarından danışan Muradov söyləyib ki, onlar özünü bir ailə kimi göstərib, ətrafa güvən veriblər:
 
“Təzə olduqlarını və dünyada tanınmadıqlarını dedilər və mənə də sərmayə qoymağı təklif etdilər. Bu mövzudan çox məlumatlı olmadığımı desəm də, elə şeylər dedilər ki, inandım. Büdcə adı altında davamlı olaraq məndən pul aldılar. Satış günü sayt çökdü. Bu işin sonunda 1,2 milyon dollar sərmayə qoyduğumu anladım. Nə qədər etdimsə, pulumu geri çəkə bilmədim”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də