Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dünyanın ən böyük neft-qaz şirkəti raket atəşinə tutuldu






Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən neft-qaz dövlət şirkəti “Saudi Aramco”nun stansiyası raket atəşinə tutulub.

Bu barədə “Reuters” xəbər yayıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən xarici şirkətlərə bu cür əməliyyatların davam edəcəyi üçün diqqətli olmaları tövsiyə edilib.

Bundan əvvəl də Səudiyyə Ərəbistanında “Saudi Aramco”nun dünyanın ən böyük neft emalı zavodlarından birinə hücum etmək üçün husi qruplaşması 10 pilotsuz təyyarədən istifadə etmişdi.

Eyni zamanda, ölkənin ikinci ən böyük neft yatağı olan Xurayisə hücum da həyata keçirilib. Nəticədə, həm zavodda, həm də neft yatağında böyük yanğın baş verib

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də