Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha bir azərbaycanlı kişi arvadını öldürdü - Bu dəfə Türkiyədə

Artıq bir neçə gündür "trend"ə çevrilən kişilərin boşandığı, boşanmaq üzrə olduğu arvadını öldürməsi halı yenə təkrarlanıb. Analoji hal bu dəfə ölkə hüdudlarını aşaraq, Türkiyədə qeydə alınıb. Belə ki, azərbaycanlı kişi boşanmaq üzrə olduğu arvadını güllələyərək öldürüb.
 
Hadisə ötən gün Trabzonun Ortahisar rayonunda qeydə alınıb.
 
Bildirilib ki, 34 yaşlı Elvin Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva ilə boşanmaq üzrə olub. Qadının uzun müddətdir uşaqları atasına göstərməməsi cütlük arasındakı gərginliyi pik həddə çatdırıb.
 
Bununla razılaşmayan Elvin Umayev özü ilə gətirdiyi tapança ilə arvadını başından güllələyib. Qadın hadisə yerində ölüb. Həmin an təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
 
E.Umayev könüllü olaraq polisə təslim olub. Onun əvvəllər Azərbaycanda məhkumluq həyatı yaşadığı bildirilir.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də