Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Tesla” rekord gəlir əldə edib

“Tesla” şirkəti bu ilin ilk rübündə rekord miqdarda - 3,3 milyard dollar mənfəət əldə edib.
 
Bu barədə şirkət özü məlumat yayıb.
 
“Tesla”nın elektrikli avtomobil satışları əvvəlki ilə nisbətən 68% artıb.
 
BBC yazır ki, son zamanlar “Tesla”nın satdığı elektrik avtomobillərinin qiymətləri də artıb. Şirkət rəsmiləri deyirlər ki, tədarük zəncirindəki fasilələr olmasaydı, daha çox avtomobil satıla bilərdi. 
 
Eyni zamanda “Tesla”nın Çinin Şanxay şəhərindəki fabriki koronavirus məhdudiyyətlərinə görə bağlanıb. “Bloomberg”in məlumatına görə, fabrik bu ay açıldıqdan sonra “Tesla” gələcək məhdudiyyətlərdən qaçmaq üçün işçilərin fabrikdə yatmasını tələb edəcək.
 
Tesla, həmçinin son həftələrdə ABŞ-ın Texas ştatında və Almaniyada yeni fabriklər açıb.
 
Qeyd edək ki, şirkət öz məhsullarını reklam etmir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də