Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəhid Anar Əliyev adını əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq kompleksinin açılışı olub FOTO


Şəhid Anar Əliyev adına Kəlbəcər rayon 2 nömrəli tam orta məktəbdə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq kompleksinin açılışı olub.

   Açılış tədbirində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri, rayon təhsil şöbəsinin əməkdaşları,şəhidlərin ailə üzvləri, yaxınları, doğmaları, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri və məktəbin kollektivi iştirak ediblər.

   Tədbirdə ilk öncə vətənimizin ərazi bütövlüyü uğrunda Şəhid olan vətən övladlarının şəkillərindən ibarət fotostendlərə baxış keçirilib, Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Daha sonra 2 nömrəli məktəbin direktoru Aqil Muxtarov və şəhid ailələri adından şəhid Anar Əliyevin atası Vaqif Əliyev şəhdlərimizin adına tikilmiş bulağın açılışını bildirən lenti kəsiblər, üzərindəki ağ örtük qaldırılıb. Vətən oğullarının əziz xatirəsi böyük ehtiramla yad edilib.

   Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bulağın açılış mərasimində çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edib. RİH başçısı vurğulayıb ki, şərəfli döyüş yolu keçən qəhrəman oğullarımızın əziz xatirəsi heç bir zaman unudulmayacaq.

 Rayon rəhbəri açılışına toplaşdığımız bulağı şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidlərimizi gələcək nəsillərə tanıtmaqdır. 

Eyni zamanda qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır, şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar.

   Bulaq kompleksinin açılış tədbirində YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək Vətən müharibəsinin bütün dünyaya səs saldığını qeyd edib. Ali Baş Komandanın rəhbərliyi altında igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətin bu gün hər kəs üçün nümunə olduğunu söyləyib. 

H.Misirov şəhidlərin Vətən müharibəsi zamanı göstərdikləri qəhrəmanlıqlardan söz açaraq bildirib ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz və xalqımız tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.

  Daha sonra şəhid ataları,vətən müharibəsi iştirakçıları çıxış edərək 2020-ci il sentyabrın 27-də başlanan və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışmış və onların xatirələrinin heç bir zaman unudulmayacağını vurğulamışlar. 

   Şəhid ailələləri bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə şəhid ailələri adından təşəkkürlərini bildiriblər.

   Xatirə bulağının açılışında Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin musiqi kollektivinin və məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər , musiqilər səsləndirilib.

  Sonda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları yaradılan şəraitə görə Anar Əliyev adına Kəlbəcər rayon 2 nömrəli tam orta məktəbin direktoru Aqil Muxtarova və məktəbin kollektivinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də