Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ-da toy 7 nəfərin COVID-19-dan ölümü, yüzlərlə yoluxma ilə nəticələndi






ABŞ-ın Men ştatında keçirilən toy mərasimi koronavirusun kütləvi yayılmasına səbəb olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə mərkəzi bildirib.

Məlumata görə, mərasimdən sonra ümumilikdə 177 nəfərdə COVID-19 qeydə alınıb, 7 nəfər ölüb.

Təşkilat virusa yoluxmanı təhlil edib və müəyyənləşdirib ki, bütün yoluxma halları 55 qonağın olduğu toy mərasimi ilə bağlıdır.

Mərasimin iki iştirakçısı toydan beş gün sonra koronavirusla bağlı müsbət test alıb. Növbəti gün daha üç insan simptomlardan şikayət edib. Sonra 55 qonaqdan 27-də koronavirus aşkarlanıb, həmçinin toyun keçirildiyi restoranın əməkdaşlarında da virus qeydə alınıb. COVID-19 sonra bu insanların ətrafına yayılmağa başlayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də