Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukrayna BVF-dən 5 milyard dollar istədi

Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) iqtisadiyyatı dəstəkləmək üçün növbəti rüb üçün 5 milyard dollar istəyib.
 
Bu barədə təşkilatın icraçı direktoru Kristalina Georgiyeva bildirib.
 
Onun sözlərinə görə, bu məbləğə infrastrukturun bərpası üçün vəsait daxil deyil.
 
“Biz yaxın üç ay ərzində iqtisadiyyatın fəaliyyətini saxlamaq üçün nə qədər pul lazım olduğuna dair təxminlər üzərində çox sıx işləyirik. Onlar ayda 5 milyard rəqəmini bəyan ediblər ki, bu barədə qeyri-müəyyənliklər var. Lakin biz düşünmürük ki, bu, ölkənin ehtimal olunan ehtiyaclarından kənardadır”, - deyə Georgieva Vaşinqtonda keçirilən mətbuat konfransında vurğulayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də