“22 noyabr 2020-ci il tarixində Rusiya sülhməramlıları Ermənistan Respublikası ərazisindən Qarabağa qaçqınlarla birlikdə daha bir avtobus karvanını müşayiət ediblər”.
Moderator.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı yayıb.
İrəvandan Xankəndinin əsas meydanına gedən 34 avtobus 1400-dən çox ermənini Qarabağa gətirib. Konvoyun hərəkəti Rusiya sülhməramlı kontingentinin və hərbi polisin patrulları ilə müşayiət olundu. Dinc sakinləri Xankəndindəki evlərinə qaytarmaq üçün təmas xətti boyunca hərəkət edən avtobusların təhlükəsizliyi rus hərbi personal tərəfindən təmin edilib.
Noyabrın 14-dən bəri Rusiya hərbçiləri Qarabağa 8 minə yaxın ermənini qaytarıblar.