Məşhur braziliyalı futbolçu Pele yenidən 3 ay əvvəl kimyaterapiya aldığı xəstəxanaya aparılıb.
Dünya futbolunun əfsanəsi San-Pauludakı Albert Eynşteyn adına xəstəxanaya yerləşdirilib.
Xəstəxanaya yerləşdirmə gözlənilməz olub. Yaxınlarının verdiyi məlumata görə, onun səhhəti kritik deyil.
Qeyd edilir ki, vəziyyəti həkimlərin nəzarəti altında saxlamaq üçün xəstəxanaya getmək qərarı verilib.
Futbol kralı artıq xərçəng xəstəliyindən uğurla müalicə olunub.
Xatırladaq ki, 2021-ci ilin sentyabr ayının əvvəlində Pele yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat olunub. Son illər əfsanəvi braziliyalının səhhətində problemlər yaranıb.
Pele aktiv sosial şəbəkə istifadəçisidir. Orada o, rus qoşunlarının Ukraynanı işğal etməsini pisləyib.