Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Paşinyan Putinlə görüşə yollanır - Azərbaycanı müzakirə edəcəklər

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək. O səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putin və baş nazir Mixail Mişustinlə görüşəcək.

Paşinyan aprelin 19-20-də Rusiyada rəsmi səfərdə olacaq.

Məlumata görə, Putinlə danışıqların gündəliyinə iki ölkə arasında strateji və müttəfiqlik münasibətlərinin inkişafı məsələsi daxildir.
 
Müzakirə mövzularından biri Ermənistan, Rusiya və Azərbaycan dövlət başçılarının 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının icrası olacaq.

Putinlə danışıqlardan əlavə, Paşinyanın baş nazir Mixail Mişustin, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Federasiya Şurasının sədri Valentina Matvienko ilə görüşləri planlaşdırılır. Bundan başqa, Ermənistanın baş nazirinin Nijni Novqoroda səfəri nəzərdə tutulub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də