Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatlar zonasını yenilənmiş xəritəsini öz rəsmi saytında yerləşdirib. Noyabrın 21-nə olan situasiyanı əks etdirən bu xəritəyə əsasən Rusiya sülhməramlıları Ağdam ərazisindəki müvəqqəti müşahidə postlarını götürüb.
Xatırladaq ki, Ağdam rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq noyabrın 20-də Azərbaycanın nəzarətinə qaytarılıb, ordumuzun zirehli texnika və tank bölmələri, habelə motoatıcıları rayon ərazisinə daxil olaraq müəyyən olunmuş mövqeləri tutublar.
20 noyabr 2020-ci il, Ağdam. Rusiya sülhməramlı qüvvələrinin komandan müavini, general A.Volkovla Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev xəritə üzərində tərəflərin mövqelərinin harada yerləşəcəyini müzakirə edir
Bundan əvvəl Rusiya sülhməramlılarının Ağdam ərazisində müvəqqəti müşahidə postları yerləşdirilmişdi və belə məlum olur ki, rayonun Azərbaycanın nəzarətinə verilməsi ilə bir vaxtda həmin postlar da ləğv edilib. Hazırkı xəritəyə əsasən Rusiya sülhməramlılarının postları Laçın dəhlizi boyu, Ağdərəni əhatə edən Şimal məsuliyyət zonası və Əsgəranı, Xocavənd rayonunun qalan ərazilərini əhatə edən Cənub məsuliyyət zonası boyu yerləşdiriliblər. Kəlbəcər rayonunda isə Xudavənd monastrı (Vəngli kəndi) ətrafında bir müşahidə postu var.
Virtualaz.org