Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə F-16 üçün ABŞ-a məktub GÖNDƏRƏCƏK

Türkiyənin Milli Müdafiə Nazirliyi yeni F-16 qırıcılarının alınması üçün ABŞ-a daha əhatəli rəsmi məktub göndərəcək.
 
Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik məlumat verib.
 
"Türkiyənin təhlükəsizlik ehtiyaclarının qarşılanması ilə bağlı daha geniş məktub göndəriləcək. Türkiyənin öz suverenliyini təmin etməyə gücü var", - deyə AKP rəsmisi bildirib.
 
Qeyd edək ki, Türkiyə ABŞ-dan 40 ədəd F-16 qırıcısının "Blok 70" versiyasını almağı, mövcud qırıcılardan bəzilərini modernləşdirməyi planlaşdırır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də