İsveçin Stram Kurs (Sıx İstiqamət) partiyasının lideri, ifrat sağçı Rasmus Paludanın Qurani-Kərimi yandırması kəskin etirazlara səbəb olub.
Partiya liderinə etiraz edən minlərlə insan küçələrə axın edərək, iğtişaşlar törədib. Ölkənin bir çox şəhərlərində aksiyalar başlayıb.
İğtişaşlar zamanı avtomobillər yandırılıb, çoxlu sayda insan, o cümlədən polis əməkdaşları yaralanıb.
Norrköpinq şəhərində polisin nümayişçiləri dağıtmaq üçün açdığı xəbərdarlıq atəşi nəticəsində 3 nəfərin yaralandığı bildirilir. Hadisələr zamanı çoxlu sayda avtomobilin yandırıldığı, ən azı 17 nəfərin saxlanıldığı deyilir.
Bundan əlavə, etirazçılarla toqquşmalarda 16 polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillər yandırılıb.
İsveç Milli Polisinin rəisi Anders Thornberq "biz əvvəllər şiddətli iğtişaşlar görmüşük, amma bu başqa şeydir", - deyə açıqlama verib.
Qeyd edək ki, İraq və İran hökumətləri Qurana edilən çirkin hücumla əlaqədar İsveçə nota veriblər. Digər tərəfdən, Danimarkada irqçilik də daxil olmaqla bir çox cinayətə görə 2020-ci ildə bir ay həbs cəzası alan Paludanın Fransa və Belçika ilə yanaşı, bəzi Avropa ölkələrində də oxşar əməlləri planlaşdırdığı deyilir.