Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəki xan kafesində gündəlik hər cür qanunsuzluqların baş alıb gedir


Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə müəssisələrinə aidiyyatı dövlət qurumları tərəfindən lazımi səviyyədə nəzarət mexanizmi həyata keçirilmədiyindən, qeyd olunan sahələrdə hər cür qanunsuzluqların baş alıb getməsi gündəlik adi hala çevrilir. Məsələn, belə ünvanlardan biri də, Bakı şəhəri, Nəsimi rayonu ərazisində, hansı ki, Memar Əcəmi metrostansiyasına yaxın ərazidə fəaliyyət göstərən ,,Şəki Xan'' kafesidir. Diqqət yetirək ki, bu kafe Azərbaycan mədəniyyətinin qədim tarixə malik rayonlarından biri olan Şəkinin adını daşısa da, əslində bu ünvanda gündəlik hər cür qanunsuzluqların baş alıb getməsi adi hala çevrilib. Kifayət qədər geniş sahəni əhatə edən ,,Şəki Xan'' kafesində bir ədəd olsun belə kassa aparatı olmadığından, müştərilərə heç bir halda ödəniş qəbzi verilmir. Kafedə çalışan şəxslərin əmək müqaviləsi sənədinin olmaması, onların sağlamlıq durumlarının müəyyən olunması haqda həkim arayışının olmaması, lazımi gigiyenik qaydalara əməl olunmaması, həmçinin digər qanunsuzluqların varlığı və s. bu gün ,,Şəki Xan'' kafesi haqda şübhələri əməlli-başlıca artırır. Deməli, bu ünvana bir çox dövlət qurumlarının, ələlxüsus vergi əməkdaşlarının baş çəkmələrinə zərurət yaranıb. Yəqin ki, bu ünvanda lazımi qayda-qanunun öz həllini tapması üçün, yaxın günlərdə aidiyyatı dövlət qurumlarının əməkdaşları  mühüm qərarlarını verəcəklər. Odur ki, həm izləyək, həm də gözləyək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də