Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Ölkə başçısının çıxışlarını emosiyasız dinləmək mümkün deyil"






Ədliyyə Nazirliyinin inzibati binasının girişində rəhbərliyin təşəbbüsü ilə qalın bir kitab qoyulmuşdu.
Ulu öndərin dəfnindən qayıdan ürəkləri qübarlı, gözləri yaşlı əməkdaşlar arada ürək sözlərini yazmalı idilər. Əllərim əsə-əsə yazdığım cümlələr indi də yadımdadır...

“Mən və mənim yaşıdım olan ziyalılar özümüzü Heydər Əliyevin övladları hesab edirik. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə universitetdə təsil almışıq və əmək fəaliyyətinə başlamışıq.

Əziz Atamız, Szin davamçınız İlham Əliyev tək deyildir. Biz hamımız onun yanındayıq, qərarlarının arxasındayıq. Allah Sizə rəhmət eləsin, Ruhunuz şad olsun!

Bu gün ölkəmizin bu çətin məqamında Prezidentimizin, Ali Baş Komandamızın, əziz qardaşımızın apardığı haqq savaşını qətiyyətli mübarizəni gördükcə ürəklərimiz dağa dönür, qürur hissi keçiririk.
Ölkə başçısının çıxışlarını emosiyasız dinləmək mümkün deyildir.

Kövrəlirik, ağlayırıq, sevinirik, fəxr edirik və sonda da “Allah Təala sizi qorusun deyirik. Hər zaman dualarımız sizinlədir" deyirik.
“Qarabağ Azərbaycandıq!”- deyirik

Tahirə Əsgərova, 
Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin rəisi





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də