Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazi dairəsi üzrə nümayəndəsi İ.Əliyev aprelin 13-də “Cənub.az” internet saytının redaktoru Zahir Əmənovun onun övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyib 1500 manat pul almasını bildirib.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Z.Əmənov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.
Rəsmi məlumata görə, hazırda Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.