Şuşa meşələrində axtarış zamanı şok hadisə baş verib.
Sülhməramlıların iştirakı ilə erməni tərəfinin meyitlərinin toplanması zamanı bir nəfər erməni polis əməkdaşı sağ vəziyyətdə tapılıb. Bu barədə xəbəri Sputnik Armeniya saytı yayıb.
Saytın bildirdiyinə görə, həmin polis əməkdaşı 6 gün meşədə yaralı vəziyyətdə gizlənib. O, hərbçilər tərəfindən sağ aşkarlanıb.
Sayt bildirib ki, digər tapılan şəxslərin hamısı ölü olub.
Qeyd edək ki, Şuşa döyüşlərində erməni tərəfi 800-dən çox itki verib.