Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə yeni telefon danışıqları aparmağı planlaşdırır.
Emmanuel Makron bu barədə France 2 telekanalının efirində bildirib. Fransa prezidenti bildirib ki, Ukraynada hərbi əməliyyatların dayandırılması və orada sülhün bərpası üçün hər cür səy göstərir. Eyni zamanda o, Ukraynada baş verənlərin soyqırım adlandıran ABŞ prezidenti Co Baydenin sözləri ilə razılaşmayıb:
"Bu gün terminlərlə çox diqqətli olmalıyıq, çünki söhbət qardaş xalqlardan gedir. Mən bu münaqişəni dayandırmaq və sülhü bərpa etmək cəhdlərini davam etdirmək istəyirəm. Düşünmürəm ki, sözlərin eskalasiyası bu məqsədə xidmət edir".