Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukraynada 191 uşaq həlak olub - Ombudsman

Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova bildirib ki, 2022-ci il aprelin 13-də səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiyanın hərbi müdaxiləsi nəticəsində 191 uşaq həlak olub.
 
Lyudmila Denisovanın sözlərinə görə, Rusiya Federasiyasının Ukraynaya işğalı başlayandan bəri ümumilikdə 349 uşaq zərər çəkib.
 
Denisova qeyd edir ki, işğalçı qüvvələrin Ukrayna şəhərlərində aktiv döyüşlər aparmasından sonra ölən və yaralanan uşaqların faktiki sayını tam müəyyən etmək mümkün deyil.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də