Ukraynada saxlanılan rusiyayönlü siyasətçi, oliqarx Viktor Medvedçukun əsir götürülən ukraynalı hərbçilərlə dəyişdirilməsi təklif edilib.
Belə təkliflə Ukrayna prezidenti Volodimir Zelenski çıxış edib.
“Mən təklif edirəm ki, Rusiya Federasiyası “öz oğlunu” hazırda Rusiya əsirliyində olan oğlan və qızlarımızla dəyişdirsin. Hüquq-mühafizə orqanlarımızın və ordumuzun bu ehtimalı nəzərə alması vacibdir”, - deyə Zelenski vurğulayıb.
Zelenski, həmçinin Rusiyaya xəbərdarlıq edib ki, Ukrayna qüvvələri daha çox əsgəri əsir götürəcək: "Biz bütün bu vəhşilər haqqında tam həqiqəti müəyyənləşdirəcəyik. Nə qədər vaxt və səy tələb etsə də, biz onların hamısını tapacağıq. Medvedçuk sizin üçün nümunə olsun".
Xatırladaq ki, Medvedçuk “xüsusi əməliyyat” nəticəsində saxlanılıb. O, Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri hesab olunur.