
Türkiyə hərbçiləri İraqın şimalında iki, Suriyanın şimalında isə daha dörd terrorçunu zərərsizləşdirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb:
"Terror aktı planlaşdıran iki PKK terrorçusu İraqın şimalındakı Avaşin ərazisində zərərsizləşdirilib. "Barış pınarı" əməliyyatının keçirilməsinin zonasına girməyə çalışan YPG-nin dörd silahlısı zərərsizləşdirilib".