Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şuşada hər ay komitə iclası keçiriləcək - SPİKER

Apreldən başlayaraq hər ay Milli Məclisin komitə iclaslarından biri Şuşa şəhərində keçiriləcək.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında sədr Sahibə Qafarova deyib. 
 
Spiker bildirib ki, ilk belə tədbir aprelin 8-də Milli Məclisin iki komitəsinin – Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası olub.
 
S.Qafarovanın sözlərinə görə, Azərbaycanın parlamentarizm tarixində həmişəlik qalacaq bu hadisə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş şanlı Zəfərin yaratdığı yeni reallığın təzahürlərindən biri olub:
 
"Bunu da vurğulamaq istərdim ki, Milli Məclisin komitə iclaslarının Şuşa şəhərində keçirilməsi möhtərəm cənab Prezidentin sərəncamı ilə elan edilmiş “Şuşa ili”nə töhfə vermək niyyəti ilə bağlı olub “Qarabağ Azərbaycandır!” həqiqətini bir daha təsdiq edir. Bir məqamı da qeyd edim ki, Milli Məclisin komitələrinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafiki artıq tərtib olunub və komitə sədrlərinə təqdim ediləcək". 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də