Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan millisi Danimarkaya qarşı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
 
Komandamız Viborq şəhərindəki eyniadlı stadionda Bakı vaxtı ilə saat 20:00-da Danimarka millisi ilə qarşılaşacaq.
 
Oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
 
Millimizin yer aldığı E qrupuna 21 xalla Danimarka millisi başçılıq edir. Rusiya 15 xalla ikinci, Monteneqro 9 xalla üçüncü, Bosniya və Herseqovina 7 xalla dördüncü, Malta isə 4 xalla beşinci pillədə yer alıblar. Azərbaycan seçməsi 3 xalla sonuncu – altıncı pillədə qərarlaşıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də