Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putin və Lukaşenko bu tarixdə görüşəcək

Rusiya prezidenti Vladimir Putin aprelin 12-də Uzaq Şərqdəki “Vostoçnıy” kosmodromunda belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.
Bu barədə “Rossiya-1” telekanalı məlumat yayıb.

Bildirilib ki, liderlər həmin tarixdə Kosmonavtika gününün qeyd olunması münasibətilə Uzaq Şərqə səfər edəcəklər. Onlar kosmodromun tikintisinin gedişi ilə tanış olacaq, işçilərlə ünsiyyətdə olacaqlar.
 
Daha sonra prezidentlər birgə mətbuat konfransı keçirəcəklər. Danışıqlar zamanı Ukraynadakı vəziyyətin müzakirə ediləcəyi güman edilir. Bundan əvvəl Belarus Ukraynanın təhlükəsizliyinin təminatçısı kimi çıxış etmək istəyini ifadə edib, Rusiya tərəfi bu ideyanı dəstəkləyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də