Ukrayna hərbçiləri Donetsk vilayətində yaşayış məntəqələrinə hücum edən Rusiya Silahlı Qüvvələrinə məxsus batalyon taktiki qrupunun bir hissəsini məhv edib.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, həmin batalyon taktiki qrupu komandir və qərargah rəisi ilə birlikdə BMP-3-dən atəş açarkən məhv edilib.
"Həmin maşında olanlardan yalnız çavuş Maqomedov sağ qalıb. Əsgərlərimiz onu yanmış, az qala ölmüş vəziyyətdə tapıblar", - məlumatda deyilir.
Qeyd edilir ki, məhv edilmiş bölmənin tərkibində Suriyanın dinc əhalisinə qarşı törədilmiş qırğınların çoxlu iştirakçıları var.
Məlumata görə, məhv edilən hərbi bölmənin dislokasiya yeri Çeçenistandakı Şali şəhəridir.