Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xəstəxanalara nəzarət edən mərkəz YARADILIR

“Səhiyyə Nazirliyinin tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətinə nəzarət mərkəzinin yaradılması nəzərdə tutulub”.
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, nazirlikdə yaradılan İşçi qrupu tərəfindən normativ-hüquqi baza yenidən işlənib və əsasnamə hazırlanıb.
 
“Əsasnamə aidiyyəti qurumlara təqdim olunub. Dünya praktikasında belədir ki, həmin mərkəzlər tibb müəssisələrinin lisenziyalaşdırılması, qiymətləndirilməsi, eləcə də müvafiq tibbi xidmətlər üzrə akkreditasiya ilə məşğuldur. Bu səbəbdən ölkədə davamlı təmin edilən tibbi xidmətlərin keyfiyyətinə dair standartlar və onlara nəzarət prosesi nəzərdə tutulub. Bu istiqamətdə hazırlıq işləri davam edir. Baxmayaraq ki, Səhiyyə Nazirliyinin müvafiq strukturlarında bu fəaliyyət var. Lakin bunu cəmləşdirərək effektik həyata keçirilməsi üçün mərkəzin yaradılması labüd idi”, - deyə nazir qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də