İnsanların açıq havada tibbi maskalardan istifadə etməsi çox ağır fəsadlarla nəticələnəcəkdir.
Xatırladaq ki, tibbi maskalar nə qapalı sahələrdə, nə də açıq sahələrdə heç bir qoruyucu effektə malik deyildir, elə bir infeksion xəstəkik yoxdur ki, tibbi maska vasitəsilə ondan qorunmaq mümkün olsun. Tibbi maskanın açıq havada taxılması ağciyərlərdən xaric olunmalı olan karbon qazının qarşısını kəsir, nəfəsalma zamanı bu zəhərli, orqanizm üçün artıq zərərli olan qaz yenidən daha böyuk həcmdə ağciyərlərə daxil olur, ağciyərlərin ventilyasitası pozulur, tənəffüs yollarında təbii halda olan mikroblar sürətlə artıb çoxalmağa başlayır, nəticədə ağciyərlərin iltihabı-pnevmoniya inkişaf edir və belə pnevmoniyalar çox ağır keçir, bəzən müalicəyə tabe olmur. Yanaşı xəstəlikləri olan insanlar: şəkərli duabet, ürək-damar xəstəlikləri, bronxial astma, hipertoniya, revmatizm, podaqra-bu «maska pnevmoniyasından» sağalmaları çox çətin problemə çevirir. Maska maneəsi səbəbindən çoxlu miqdarda karbon qazının ağciyərlərə daxil olması qanı qatılaşdırır, nəticədə tromboemboliya-qan damarları mənfəzinin qan laxtası ilə tutulması baş verir ki, bu da böyuklərdə və uşaqlarda qəfləti ölümün yaranmasına səbəb olur. Açıq havada maska taxan adamlarda çox asanlıqla vərəm prosesi inkişaf edir. Tibbi maskalardan, xüsusən də müntəzəm istifadə edilməsi orqanizmin bütün fizioloji mexanizmlərini pozur, əmək qabiliyyətini heçə endirir.Tibbi maska virusları tutub saxlamaq qabilləyyətinə nəinki malik deyildir, hətta özü çox asanlıqla müxtəlif xəstəliklər törədir. Tibbi maska yalnız insanlarda itaətlilik tərbiyə etmək üçün qlobal dünyəvi siyasətin tətbiq etdiyi bir vasitədir. Bu vaxta qədər koronovirus pnevmoniyası altında insanlara təqdim olunan ağır keçən pnevmoniyalar əslində maska pnevmoniyalarıdır. Sosial distansiya və maska qlobal dünyada həyata keçirilən koronavirus oyununun mühüm komponentləridir.
Epidemioloqlar, virusoloqlar, infeksionistlər susur, onlar düşünmürlər ki, həqiqət onlarsız yaşayacaq, onlar həqiqətsiz yaşaya biləcəklərmi? Bu adamlar nə vaxta qədər sifarişlə müxtəlif yalanlar danışıb, hansısa psixiatrik müalicəxanalarda vaxt keçirmiş, dünyanı dəyişmək istəyən proqramistlərin sözlərini, göstərişlərini yerinə yetirəcəklər? Bu vaxta qədər danışılan yalanlar bəs deyildimi, indi də açıq havada maska taxdırıb insanları məhv etmək istəyirlər? Azərbaycanda heç vaxt epidemiya kriteriləri olmamışdır. Bu adamlar sanki, epidemiyanın nə olduğunu bilmirlər, yoxsa bilirlər, özlərini bilməməzliyə qoyurlar?!!! Epidemiya-əhalinin 5% və ya ondan artıq hissəsinin müəyyın infeksion xəstəliyə tutulmasına deyilir. Azərbaycanda heç vaxt bu sayda xəstə olmamışdır, heç indi də yoxdur. Epidemiya zamanı "0" pasienti və resipient olmalıdır, bunlar da heç vaxt olnamışdır. Bəs bu adı var, özü yox epidemiya hansı kriterilərlə elan olunmuşdur? Nə vaxta qədər bu əhalinin nadanlığından istifadə edib operativ qərargah bizim məhvimiz üzrə olan prosesi durmadan, okeanın o tayından olan göstərişlərlə həyata keçirəcəkdir???? Nəzərə çatdırmaq istərdim ki, yuxarıda göstərilən butun elmi məlumatlar dünya-Avropa və Rusiya epidemioloqlarının və infeksionistlərinin tədqiqatlarına əsaslanır və tam sübuta yetirilmişdir.
Abdulla Şıxlinski, həkim-psixiatr,